Sabunçu məktəblərində “Narkotikə yox deyirik” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub
Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Polis İdarəsi və Bakıxanov bələdiyyəsinin birgə təşkilatçılığı ilə qəsəbə ərazisində yerləşən ümumtəhsil məktəblərində “Narkotikə yox deyirik” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.
Tədbirlərin
əsas məqsədi məktəbliləri narkotik vasitələrin zərərləri, onların yaratdığı
hüquqi və sağlamlıq fəsadları barədə məlumatlandırmaq, gəncləri zərərli vərdişlərdən
uzaq durmağa təşviq etmək olub.
Çıxış
edənlər narkotik asılılığının cəmiyyət və ailə üçün yaratdığı təhlükələrdən bəhs
edib, sağlam həyat tərzinin əhəmiyyətini vurğulayıblar.
Şagirdlərlə
interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar
cavablandırılıb.Sonda şagirdlərə iştirakla bağlı sertifikatlar təqdim olunub.
Bakıxanov bələdiyyəsi
Rəylər
0 Rəy