Arzu Məmmədov: “2025-ci ildə sosial yardım proqramlarına ayrılan maliyyənin həcmi iki dəfə artıb”
“Nəsimi bələdiyyəsi hər zaman rayon ərazisində qeydiyyatda olan aztəminatlı, şəhid və qazi ailələrininin sosial məişət qayğılarını diqqətdə saxlayır”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin yerli sosial məsələlər komssiyasının sədri Arzu Məmmədov deyib.
Komissiya sədrinin sözlərinə görə, 2023-cü ildə bu məqsədlə yerli büdcədən 72.369 manat, 2024-cü ildə 96.023 manat, 2025-ci ildə isə 146.244 manat maliyyə vəsaiti ayrılıb.
Göründüyü kimi, 2023-cü illə müqayisədə 2025-ci ildə sosial yardım
proqramlarına ayrılan maliyyənin həcmi
iki dəfə artıb. Bu vəsaitin ümimi büdcə
gəlirində tutduğu həcmi isə 6 faiz həcmindədir. Bu isə ümumi respublika üzrə göstəricidən
bir qədər çoxdur.
Ancaq
bələdiyyə maliyyə ayırmaqla, yanaşı müqəddəs bayram günlərində həssas
qrupa aid insanlara, həm də ərzaq sovqatı göndərməyi unutmur.
Ötən
ilin dekabrında təsdiq edilən bələdiyyə büdcəsi bu dəfə də sosialyönümlü
olması təsdiq edilib.
Hər
gün bələdiyyəyə müraciət edən rayon sakinləri bələdiyyənin rəsmiləri tərəfindən
dinlənilir və qaldırdıqları məsələlər bələdiyyə
iclasında müzakirəyə çıxarılır.
Bələdiyyə iclasında hər
bir bələdiyyə üzvü aztəminatlı, şəhid və qazi ailələrininin müraciətlərinə həssaslıqla
yanaşmaqla həllinə səs verirlər.
Belediyye.info
Rəylər
0 Rəy