Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-02-2026 , 20:53

115

Son xəbərlər

Bütün xəbərlər
Bu gün onun günüdür
Bakı
23-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “Yanvar ayındakı fəaliyyət cari ildə daha böyük uğurlara imza atacağımıza inam yaradıb”

 “Bələdiyyənin irəliyə doğru addım atması, inkışafı və qarşılaşdığı problemin sürətli həlli ilk növbədə bələdiyyədə formalaşan və səmimiyyətə söykənən mühitdən çox asılıdır”- bu fikirləri Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov, sədr müavini Təbriz Ağayevin, hüqüqşünas Vüsal Poladovun və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri Vüqar Tofiqli ilə birgə keçirilən görüşdə deyib.

Sədr qeyd edib ki, vətəndaş məmnunluğunun təmin edilməsində   kollektivin hər bir üzvü həm kollektivdə, həm də qəsəbə ərazisində öz töhfəsini vermək üçün çalışmalı, üzləşdikləri problemlərin həlli üçün addım atmalıdırlar.

“Hazırda əldə olunan uğurlar qənaətbəxş olmasa da, yanvar ayındakı fəaliyyət cari ildə daha böyük uğurlara imza atacağımıza inam yaradıb”- bu fikri də sədr səsləndirib.

Görüşdə sədr müavini Təbriz Ağayev bələdiyyə qulluqçularının sosial-məişət qayğıları ilə bağlı atılan addımlardan danışaraq, bələdiyyənin cari ildə sosial sahədə həyata keçirmək niyyətində olduqları layihələr barəsində danışıb.

Bələdiyyənin hüqüqşünası Vüsal Poladov isə  debitor borcların yığılması, vergi borcu olanlar barəsində atılacaq addımlar, elektron icra sisteminin üstünlüklərindən danişaraq ötən il icra-probasiyaya edilən  müraciətlərdən daha çox vəsait əldə edildiyini qeyd edib.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri Vüqar Tofiqli Buzovna bələdiyyəsinin görmək niyyətində olduğu layihələrin gələcəkdə bələdiyyənin ərazidə çəki və nüfuzunun artmasına ciddi şəkildə dəstək verəcəyini qeyd edib.  Bələdiyyənin məsul vəzifəli şəxslərinin bütün proseslərdə fəal iştirakı, həmçinin həyata keçirilən layihələrə Xəzər RİH -in dəstək göstərməsi bələdiyyə-icra münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir.

Görüşdə bələdiyyənin üzləşdiyi çətinliklərdən, habelə onun həlli yollarından danışılmış, BAMS-ın verdiyi imkanlardan lazımı səviyyədə istifadənin gələcəkdə büdcə gəlirlərinin artım səviyyəsinə də müsbət təsir edəcəyi xüsusilə vurğulanmışdır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
159