Bəylər Həsənov: “Cari lin yanvar ayında büdcə gəlirlərində 70 faizlik artım müşahidə olunub”
“Bələdiyyənin uğur qazanması onun vergi xidmətinin fəaliyyətindən və vergi-uçot sisteminin hansı formada qurulmasından çox asılıdır”- bu fikirləri Belediyye.infoya açıqlamasında Binəqədi qəsəbə bələdiyyəsinin sədri Bəylər Həsənov deyib.
Sədrin
sözlərinə görə, 2023-cü ilin yanvar ayı ilə müqayisədə cari lin yanvar ayında
büdcə gəlirlərində 70 faizlik artım müşahidə olunub. Əmlak vergisinin həcmi 143
faiz, torpaq vergisinin yığımında isə 15 fazilik artım olub.
Bəylər
Həsənov 2023-2026 -cı illərin ancaq yanvar ayında əldə olunan büdcə gəlirlərinə
də toxunub.
Sədr
qeyd edib ki, 2023- cü ilin yanvar ayında
əmlak vergisi üzrə 9.695 manat, torpaq vergisi üzrə 13.428 manat olmaqla, cəmi 23.124 manat, 2024-cü ilin yanvar ayında əmlak vergisi üzrə 13.308 manat, torpaq vergisi üzrə 9.973 manat olmaqla, cəmi 23.284 manat, 2025-ci ilin yanvar ayında əmlak vergisi üzrə 12.580, torpaq vergisi üzrə 10.467 manat olmaqla,
cəmi 23.047 manat əldə edilmişdirsə, 2026-cı
ilin yanvar ayında əmlak vergisinin həcmi
23.596 manat, torpaq vergisinin həcmi isə
15.543 manat olmaqla, son dörd il ərzində
ən yüksək rəqəm 39.139 manat əldə
olunub.
Göründüyü
kimi, əldə olunan büdcə vəsaitinin 60 faizi əmlak vergisindən daxil olub.
İlin
sonunadək büdcə gəlirlərində aylıq artımın
əsas səbəbi BAMS üzərindən çıxarışların əldə olunması, habelə elektron icra
proqramında istifadə edilməsi olub.
Belediyye.info
Rəylər
0 Rəy