Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-03-2025 , 23:59

1217

Son xəbərlər

Bütün xəbərlər

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Bakı
- +

Buzovna qəsəbəsində bələdiyyənin təşkilatçılığı ilə şəhid və qazi ailələrinə iftar süfrəsi açılıb

Bu gün Xəzər RİH-in təşəbbüsü və Buzovna bələdiyyəsinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə  əsasən şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb. 

İftar mərasimində Milli Məclisin üzvü Sotlan Məmmədov, Xəzər RİH-in məsul vəzifəli şəxsləri, Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov, Xəzər RİH başçısnın Buzovna qəsəbəsi üzrə nümayəndəsinin rəsmiləri, qəsəbə məscidinin axundu Hacı Soltan Əlizadə, qəsəbənin ağsaqqalları, şəhid, qazi  və aztəminatlı ailələr,habelə müharibə veteranları iştirak ediblər.

Tədbirdə çıxış edən axund Hacı Soltan Əlizadə  Ramazan ayının insanlar arasında mənəvi saflıq və paklıq ayı olmasını qeyd edib.  “Quran-Kərimdən”dan bir parça oxuyandan sonra axund Hacı Soltan Əlizadə dövlətimizin başçısının şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışaraq, ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, Ramazan ayının fəzilətindən danışıb.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər