Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-10-2024 , 21:02

572

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mikayıl Məmmədov: “Hər bir vətəndaşımızı Maştağa bələdiyyəsindən razılıq hissi ilə ayrılmasına çalışırıq”

 


Hazırda bələdiyyələrin əsas vəzifəsi ərazidə vətəndaş məmnunluğunun təmin edilməsi olmalıdır. Ancaq bunun üçün ilk növbədə bələdiyyə tərəfindən atılacaq ilk addım büdcə gəlirlərinin artımına söykənməlidir”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu Maştağa bələdiyyəsinin sədri Mikayıl Məmmədov bildirib.

Sədrin sözlərinə görə, 2020-ci lin yanvarında bələdiyyənin ilk iclasında sədr seçildiyi gündən bələdiyyə üzvlərinə və seçicilərinə verilən əsas söz onları narahat edən problemlərin həllinə nail olmaqdır. Bu gün bələdiyyə kollektivinin əsas uğurları məhz bələdiyyənin büdcə gəlirlənin artımı ilə bağlı olub.

Sədr qeyd edib ki, yenilənmiş BAMS proqramının fəaliyyətimizdə  əhəmiyyəti böyükdür. Üstəlik,  ötən ilin sonlarından Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun dəstəyi, milli bələdiyyə assosiasiyalanın təşkilatçılığı ilə BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi bizim büdcə gəlirlərimizə öz müsbət təsirini göstərməkdədir.

Belə ki, 2019-cu ildə ay ərzində ortalama 28 min manat əldə olunurdusa, cari ildə ay ərzində ortalama 40 min manatdan artıq vəsait yığılır. Ötən il ərzində bələdiyyənin 20 min manatlıq dotasiya ilə bərabər 410 min manat büdcə gəliri olub. Əldə olunan rəqəmin 97.717 manatı torpaq vergisindən, 237.479 manatı əmlak vergisindən, 23.038 manatı icarə haqqlarından, 24.335 manatı sahibkarlıq subyektlərindən, 7.500 manatı isə digər istiqamətlərdən daxil olub.    

Sədr onu da əlavə etdi ki, 2019-cu illə müqayisədə ümumi vergi daxilolmalarının həcmi 71 faiz artıb. Belə ki, 2019-cu ildə 290 min manat, 2020-ci  ildə 306.653 manat, 2021-ci ildə 374.623 manat, 2022-ci ildə 381.035 manat, 2023-ci ildə 386.286 manat. 2024-cü ilin doqquz ayı ərzində isə  345.040 manat büdcə gəliri olub.  Ötən ilin doqquz ayı ilə müqayisədə cari ildə artım 27.60 faiz təşkil edib.

Yenilənmiş BAMS proqramında bələdiyyənin məlumat sisteminə aid məlumatların yerləşdirilməsi sürətlə davam edir. Sədr qeyd edib ki, ərazidə 10 minə yaxın vergi ödəyicimizdən hələ ki 3500-dən artıq sistemə daxil edilib. BAMS-ın verdiyi imkandan yararlanaraq artıq cari ilin sonunadək digər vergi ödəyiciləri barəsində məlumatların yerləşdirilməsi üzərində iş aparılır.

Bələdiyyənin üzləşdiyi problemlərdən ən əsası isə  ərazidəki evlərin 70 faizədk hissəsinin sənədinin olmamasıdır.

Bu gün hər bir vətəndaşımızı Maştağa bələdiyyəsindən razılıq hissi ilə ayrılmasına çalışırıq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər