Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-11-2024 , 10:38

425

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ədliyyə işçiləri – Bələdiyyələrin Yoluna İşıq -BƏLƏDİYƏ SƏDRİ YAZIR


Bələdiyyələr cəmiyyətin inkişafında mühüm rol oynayan, vətəndaşların gündəlik problemlərinin həllində birbaşa iştirak edən qurumlardır. Onların fəaliyyətinin səmərəli və qanun çərçivəsində həyata keçirilməsi isə ədliyyə işçilərinin fədakarlığı və peşəkarlığı ilə birbaşa bağlıdır.
Ədliyyə işçiləri bələdiyyələr üçün həm dəstəkçi, həm də yolgöstərən rolunu oynayır. Onlar qanunların düzgün tətbiqini təmin edir, bələdiyyələrin hüquqi problemlərinin həllinə yardım edir və qanunun aliliyinin qorunmasında vacib vasitəçi rolunu oynayırlar. Ədliyyə işçilərinin zəhməti sayəsində bələdiyyələr daha şəffaf, məsuliyyətli və effektiv fəaliyyət göstərə bilir.
Bu gün ölkəmizdə ədliyyə işçilərinin peşəkarlığı sayəsində bələdiyyələrin fəaliyyətində əhəmiyyətli nailiyyətlər əldə edilir. Onlar təkcə hüquqi məsələlərdə deyil, eyni zamanda sosial ədalətin bərqərar olmasında və cəmiyyətin maarifləndirilməsində də böyük töhfə verirlər.
Əziz ədliyyə işçiləri! Xüsusi ilə regionumuzda Fəaliyyət göstərən Şəmkir Regional Ədliyyə idarəsi, Sizlərin bu fədakar əməyi hər zaman yüksək qiymətləndirilir. Peşə bayramınız münasibətilə sizi səmimi qəlbdən təbrik edirik! Yolunuza işıq saçan bilik və təcrübənizlə hər zaman uğurlar əldə edəcəyinizə əminik.
Ədliyyə işçiləri – Bələdiyyələrin yoluna işıq saçan qəhrəmanlardır!

Orxan Əliyev

Şəmkir rayonu, Sarıtəpə bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər