Mikayıl Məmmədov: “Hər bir vətəndaşımızı Maştağa bələdiyyəsindən razılıq hissi ilə ayrılmasına çalışırıq”
“Hazırda bələdiyyələrin əsas vəzifəsi ərazidə vətəndaş məmnunluğunun təmin edilməsi olmalıdır. Ancaq
bunun üçün ilk növbədə bələdiyyə tərəfindən atılacaq ilk addım büdcə gəlirlərinin
artımına söykənməlidir”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu Maştağa bələdiyyəsinin
sədri Mikayıl Məmmədov bildirib.
Sədrin
sözlərinə görə, 2020-ci lin yanvarında bələdiyyənin ilk iclasında sədr
seçildiyi gündən bələdiyyə üzvlərinə və seçicilərinə verilən əsas söz onları
narahat edən problemlərin həllinə nail olmaqdır. Bu gün bələdiyyə kollektivinin
əsas uğurları məhz bələdiyyənin büdcə gəlirlənin artımı ilə bağlı olub.
Sədr
qeyd edib ki, yenilənmiş BAMS proqramının fəaliyyətimizdə əhəmiyyəti böyükdür. Üstəlik, ötən ilin sonlarından Adminstrasiyanın Bələdiyyələrlə
iş sektorunun dəstəyi, milli bələdiyyə assosiasiyalanın təşkilatçılığı ilə
BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi
bizim büdcə gəlirlərimizə öz müsbət təsirini göstərməkdədir.
Belə
ki, 2019-cu ildə ay ərzində ortalama 28 min manat əldə
olunurdusa, cari ildə ay ərzində ortalama 40 min manatdan artıq vəsait yığılır.
Ötən il ərzində bələdiyyənin 20 min manatlıq dotasiya ilə bərabər 410 min manat
büdcə gəliri olub. Əldə olunan rəqəmin 97.717 manatı torpaq vergisindən,
237.479 manatı əmlak vergisindən, 23.038 manatı icarə haqqlarından, 24.335
manatı sahibkarlıq subyektlərindən, 7.500 manatı isə digər istiqamətlərdən
daxil olub.
Sədr
onu da əlavə etdi ki, 2019-cu illə müqayisədə ümumi vergi daxilolmalarının həcmi
71 faiz artıb. Belə ki, 2019-cu ildə 290 min manat, 2020-ci ildə 306.653 manat, 2021-ci ildə 374.623
manat, 2022-ci ildə 381.035 manat, 2023-ci ildə 386.286 manat. 2024-cü ilin
doqquz ayı ərzində isə 345.040 manat
büdcə gəliri olub. Ötən ilin doqquz ayı ilə
müqayisədə cari ildə artım 27.60 faiz təşkil edib.
Yenilənmiş
BAMS proqramında bələdiyyənin məlumat sisteminə aid məlumatların yerləşdirilməsi
sürətlə davam edir. Sədr qeyd edib ki, ərazidə 10 minə yaxın vergi ödəyicimizdən
hələ ki 3500-dən artıq sistemə daxil edilib. BAMS-ın verdiyi imkandan
yararlanaraq artıq cari ilin sonunadək digər vergi ödəyiciləri barəsində məlumatların
yerləşdirilməsi üzərində iş aparılır.
Bələdiyyənin üzləşdiyi problemlərdən ən əsası isə ərazidəki evlərin 70 faizədk hissəsinin sənədinin
olmamasıdır.
Bu gün hər bir vətəndaşımızı Maştağa bələdiyyəsindən razılıq hissi ilə ayrılmasına çalışırıq.
Belediyye.info
Rəylər
0 Rəy