Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-02-2024 , 14:05

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Yasamal bələdiyyəsi daha bir şəhidin xatirəsini ədəbiləşdirib

"Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində fədakarlıq göstərən igid şəhid oğullarımızdan biri də Fərid Mehman oğlu Məmmədovdur"- bu fikirləri  Belediyye.infoya Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov bildirib.

2019-cu il iyul ayının 5-də hərbi xidmətə yollanan  Azərbaycan Ordusunun əsgəri olan Fərid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. 

04.10.2020-ci ildə Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından qəhrəmancasına şəhid olub. Şəhid Məmmədov Fərid Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, .“Kəlbəcərin azad edilməsinə görə” medalları ilə təltif olunub.

Bələdiyyə iclasının qərarıyla şəhidin vaxtilə təhsil aldığı Şuşa Humanita kollecin binasında barelyefi vurulub.

Şəhidin ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını hər zaman hiss etdiklərini, bu qayğını çox yüksək qiymətləndirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və 1-ci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər

Qeyd edək ki, şəhidlərin əziz xatirəsini əziz tutaraq rayon sakini olmuş 34 şəhidn barelyefi Yasamal RİH -in təşəbbüsü və Yasamal Bələdiyyəsinin təşkilatçılğı ilə  vurulmuşdur.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər