Xətai Bələdiyyəsi Ramiz Quliyev 23 ünvanında abadlıq və yaşıllaşdırma işləri həyata keçirib
Xətai Rayon Xətai Bələdiyyəsinin təşəbbüsü ilə rayon ərazisində
abadlıq, yaşıllaşdırma və ekoloji mühitin yaxşılaşdırılması istiqamətində tədbirlər
həyata keçirilib.
Bu çərçivədə Ramiz Quliyev küçəsi 23 ünvanında genişmiqyaslı
abadlıq və təmizlik işləri görülüb.
Aparılan işlər zamanı ərazidə qazon örtüyü salınıb,
ağacların dibləri bellənib, ağac və kollar budanıb, həmçinin ərazi əsaslı şəkildə
təmizlənərək səliqəyə salınıb. Görülən tədbirlər nəticəsində yaşıllıq sahələrinin
görünüşü yaxşılaşdırılıb, ərazidə daha təmiz və baxımlı mühit yaradılıb.
Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyevin iştirak ilə həyata
keçirilən bu cür abadlıq və yaşıllaşdırma tədbirləri rayonun ümumi görünüşünün
yaxşılaşdırılmasına, ekoloji tarazlığın qorunmasına və sakinlərin rahat yaşayış
mühitinin təmin edilməsinə xidmət edir.
Xətai Bələdiyyəsi bundan sonra da ərazidə abadlıq, təmizlik
və yaşıllaşdırma işlərini davam etdirərək şəhər mühitinin daha gözəl və yaşıl
olması istiqamətində fəaliyyətini ardıcıl şəkildə həyata keçirəcək.
Xətai bələdiyyəsi



Rəylər
0 Rəy