Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-11-2026 , 20:11

147

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Xətai Bələdiyyəsi Ramiz Quliyev 23 ünvanında abadlıq və yaşıllaşdırma işləri həyata keçirib

Xətai Rayon Xətai Bələdiyyəsinin təşəbbüsü ilə rayon ərazisində abadlıq, yaşıllaşdırma və ekoloji mühitin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.

 Bu çərçivədə Ramiz Quliyev küçəsi 23 ünvanında genişmiqyaslı abadlıq və təmizlik işləri görülüb.

 Aparılan işlər zamanı ərazidə qazon örtüyü salınıb, ağacların dibləri bellənib, ağac və kollar budanıb, həmçinin ərazi əsaslı şəkildə təmizlənərək səliqəyə salınıb. Görülən tədbirlər nəticəsində yaşıllıq sahələrinin görünüşü yaxşılaşdırılıb, ərazidə daha təmiz və baxımlı mühit yaradılıb.

 Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyevin iştirak ilə həyata keçirilən bu cür abadlıq və yaşıllaşdırma tədbirləri rayonun ümumi görünüşünün yaxşılaşdırılmasına, ekoloji tarazlığın qorunmasına və sakinlərin rahat yaşayış mühitinin təmin edilməsinə xidmət edir.

 Xətai Bələdiyyəsi bundan sonra da ərazidə abadlıq, təmizlik və yaşıllaşdırma işlərini davam etdirərək şəhər mühitinin daha gözəl və yaşıl olması istiqamətində fəaliyyətini ardıcıl şəkildə həyata keçirəcək.

Xətai bələdiyyəsi

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər