Elşad Vəliyev: “Xətai bələdiyyəsi hər zaman şəhid və qazi ailələrinin məktəbyaşlı uşaqlarını diqqətdə saxlayır”
“Xətai rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub”- bu fikirləri Belediyye.infoya Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev deyib.
Azərbaycan dövlətinin şəhid və qazi ailələrinin övladlarına hər
daim xüsusi qayğı və diqqətlə yanaşdığını qeyd edən Elşad Vəliyev Xətai bələdiyyəsi
də ənənəyə sadiq qalaraq hər il həssas qrupa aid olan ailələrin məktəbyaşlı uşaqlarını
unutmur.
Şəhid və qazi ailələrini qarşıdan gələn yeni dərs ili
münasibəti ilə təbrik edən sədr ölkə başçısının uşaqlara olan diqqət və
qayğısından danışıb. Sədr qeyd edib ki, ölkə rəhbərliyinin bu qayğısı nəticəsində
Azərbaycanda təhsil sahəsində mühüm uğurlar qazanılıb, xüsusən işğaldan azad
edilmiş ərazilərdə yeni təhsil müəssisələri inşa edilərək doğma torpaqlara
qayıdan sakinlərin ixtiyarına verilib. Sədr açıqlamasında Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təhsil sahəsində çoxsaylı layihələrin
həyata keçirildiyini xatırladıb.
Elşad Vəliyev hər bir bələdiyyə üzvünün və bələdiyyə qulluqçusunun hər zaman Xətai rayon məktəblilərini də daim qayğısız, problemsiz və xoşbəxt görmək istədiklərini vurğulayıb. Sədr açıqlamasında rayon ərazisində yaşayan 65 şəhid və qazi ailələrinin məktəbyaşlı uşaqlarına yeni tədris ili üçün zəruri məktəbli ləvazimatlarının alınması üçün hər birinin şəxsi hesablarına 250-350 manat (ƏDV ilə birgə) məbləğində maliyyə vəsaitinin köçürüldüyünü də qeyd edib. Ümumilikdə isə 115 nəfər uşaq olmaqla Vətən Müharibəsində Şəhid olmuş Hərbi qulluqçuların və Əlil olmuş şəxslərin Məktəbli Övladlarına məktəb çantaları və digər lazımı ləvazimatları Xətai rayonu Xətai Bələdiyyəsinin büdcəsindən vəsait ayrılaraq təmin olunmuşdur.
Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını, onları daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Belediyye.info
Rəylər
0 Rəy