Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-09-2026 , 19:39

192

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elşad Vəliyev: “Xətai bələdiyyəsi rayonda aparılan abadlıq-quruculuq işlərinə daim öz töhfəsini verməkdədir”


“Xətai RİH -in təşənbbüsü ilə Xətai bələdiyyəsi tərəfindən rayon ərazisində abadlıq-quruculuq işləri ilə bağlı bir sıra layihələr həyata keçirilməkdədir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev deyib.

Sədr qeyd edib ki, hazırda növbəti layihələrin reallaşdırılması istiqamətində genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Rayon ərazisində olan Heapol küçəsi, Səməd bəy Mehmandarov və General Əliağa Şıxlınski küçələrin kəsişməsində yerləşən və Şəhidlərin əziz xatirəsinə həsr olunan parkda əsaslı təmir işləri həyata keçirilməkdədir.  Belə ki, layihə çərçivəsində ərazidəki abidənin əsaslı təmiri həyata keçirilir, səkilərə tamet daşları düzülür, yaşıllıq zolaqlarına qazon örtüyü salınır. Layihənin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur. 

Qeyd edək ki, parkda  birinci Qarabağ  müharibəsi dövründə şəhid olmuş rayon sakinlərinin əziz xatirəsinə ucaldılmış abidə yerləşir.  

Sədr həmçinin qeyd edib ki, sağlamlığın və təbiətin mühafizəsi üçün lazım olan ən mühüm amil təmizliyin qorunmasıdır. Bu məqsədlə layihə çərçivəsində ərazi müxtəlif məişət tullantılarından təmizlənib, mövcud yaşıllıqlara həmçinin aqrotexniki qulluq göstərilməkdədir.

Sədr qeyd edib ki, Xətai bələdiyyəsi rayonda aparılan abadlıq-quruculuq işlərinə daim öz töhfəsini verməkdədir.

Elşad Vəliyev  sonda qeyd edib ki, ərazidə aparılan abadlıq, quruculuq və yenidənqurma işlərini sakinlər razılıqla qarşılayıblar.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər