Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-07-2026 , 16:03

160

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elşad Vəliyev: “Bələdiyyə iclasında müzakirə olunan hər bir layihə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir”

“Bu gün  rayon ərazisində vətəndaş məmnunluğunun təmin edilməsi üçün Xətai bələdiyyəsi var gücü ilə çalışır. Ancaq gəlin unutmayaq ki, bu məmnunluğunun təminatı bələdiyyənin büdcə gəlirlərindən çox asılıdır. Vergi yığımı potensialı rayon ərazisində böyükdür. Odur ki, bələdiyyənin vergi xidməti var gücü ilə büdcə gəlirlərinin artımına nail olmaq üçün Bələdiyyələrin Vahid İnformasiya Sistemindən (BVİS) yetərincə istifadə etməyə çalışır”-bu fikirləri  Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev deyib.

Rayon ərazisində aparılan abadlıq-quruculuq işlərində Xətai bələdiyyəsi öz töhfəsini daim lazımı şəkildə verir.  “Abad həyət” layihələrinin icrasında, istər rayonun yaşıllıq zolaqlarına aqrotexniki xidmətin göstərilməsində, istər şəhid adlarının əbədiləşdirilməsində, o cümlədən əhalinin aztəminatlı ailələrinə qayğı və diqqətin göstərilməsində Xətai bələdiyyəsinin danılmaz xdiməti vardır.   Əldə edilən maliyyə vəsaitinin böyük bir hissəsi məhz bu istiqamətə xərclənir. Onu da etiraf edək ki, hər bir layihənin icrasında Xətai RİH -in dəstəyini hiss edirik.

Son işlərə toxunan sədr qeyd edib ki, bü günlərdə Xətai bələdiyyəsi daha bir layihənin icrasına start verib. Belə ki, Babək prospekti 78 saylı ünvanda bələdiyyə tərəfindən növbəti “Abad həyət” layihəsinin icrasına başlanılıb. Ərazidə üç ədəd söhbətgahın,  uşaq-idman qurğularının quraşdırılması üçün yerlər artıq hazırlanıb. Gediş-gəliş yerlərinə tamet düzülməsi üçün artıq beton qatı vurulub. Ərazidə suvarma sisteminin quraşdırılması başa çatdırlıb. Bununla yanaşı əraziyə müasir işıqlandırma sistemləri quraşdırılması da nəzərdə tutulub.  Görülən işlərlə yanaşı əraziyə qazon örtüyünün vurulması üçün artıq hazırlıq işlərinə başlanılıb. Layihənin yaxın bir ay ərzində başa çatdırılması nəzərdə tutulub.  

Sədr qeyd edib ki, bələdiyyə iclasında müzakirə olunan hər bir layihə sakinlərimizin sosial rihaf halının, asudə vaxtlarının səmərəli keçməsi məqsədi ilə icra olunur və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.

İlin sonunadək layihələrin icrası davam etdiriləcəkdir. 

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər