Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-06-2026 , 20:08

134

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nümunəvi kadr məktəbi yaradan dəyərli ziyalı üçün bu gün özəl gündür

Bu gün Səbail bələdiyyəsi haqqında danışanda göz önümüzə yalnız onun dəyərli sədri Hacı Əliyev gəlir. Bunun səbəbi onun  tək sədr olması ilə bağlı deyil. Hacı Əliyevin həm də dəyərli ziyalı, bacarıqlı və işgüzar idarəçi olması ilə bağlıdır.  İlk on beşillik dövrdə etiraf etməliyik ki, paytaxtın mərkəz bələdiyyəsində çox ciddi neqativ hadisələr baş verdiyindən, bələdiyyənin rayon ərazisində çəki və nüfuzu sıfır həddində idi.

Əvvəlki dövrdə bələdiyyəyə rəhbərlik etmiş şəxslərin cinayət xarakterli hərəkətləri nəticəsində sədrlərə qarşı ard-arda cinayət işinin açılması, saxta sənədlərlə əməliyyatların aparılması  kollektivin ümumi nüfuzuna da xələl gətirmişdir.

İlk olaraq Firdovsi Cəbrayılovun sədrliyi, sonradan isə Hacı Əliyevin ağır məsuliyyətli yükün altına girməsi nəticəsində bu gün Səbail bələdiyyəsi fəaliyyəti ilə artıq  ölkə səviyyəsində təcrübəsi yayıla biləcək bir səviyyəyə çatıb. Bu gün kollektivin hər bir qulluqçusu, xüsusəndə bələdiyyə üzvlərinin hər biri ölkənin birinci şəxsinin onlara etimad göstərib səs verdiyinin məsuliyyətini dərk edir və fəaliyyət göstərirlər.

Bu işdə isə Hacı Əliyevin sədr olaraq fəaliyyəti və xidməti danılmazdır.  Ətrafına gənc və perspektivli kadrları cəlb etməklə,  Hacı müəllim həm də nümunəvi kadr məktəbi yarada bilib. Qeyd edim ki, kadr məktəbi yaratmaq, öz təcrübəsini paylaşmağı  indiki həssas məqamda heç də hər kəs ürək etmir, bacarmır və yaxud bacarmaq istəmir.

Bələdiyyə-icra əlaqələrinin sivil münasibətlər üzərində qurmağı,  bələdiyyə-vətəndaş münasibətlərində  isə daim yeniliklərə imza atmağı bacaran dəyərli Hacı Əliyevin bu gün ad günüdür.

Belə bir gündə dəyərli ağsaqqala yalnız saglıqlı ömür arzulayır, çalışdığı bələdiyyə sahəsində isə yeni-yeni kreativ ideyaları gerçəkləşdirməyi arzu edirəm.

Bir daha təbrik edirəm!!!    

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər