Nümunəvi kadr məktəbi yaradan dəyərli ziyalı üçün bu gün özəl gündür
Bu gün Səbail bələdiyyəsi haqqında danışanda göz önümüzə yalnız onun dəyərli sədri Hacı Əliyev gəlir. Bunun səbəbi onun tək sədr olması ilə bağlı deyil. Hacı Əliyevin həm də dəyərli ziyalı, bacarıqlı və işgüzar idarəçi olması ilə bağlıdır. İlk on beşillik dövrdə etiraf etməliyik ki, paytaxtın mərkəz bələdiyyəsində çox ciddi neqativ hadisələr baş verdiyindən, bələdiyyənin rayon ərazisində çəki və nüfuzu sıfır həddində idi.
Əvvəlki dövrdə bələdiyyəyə rəhbərlik etmiş şəxslərin cinayət xarakterli hərəkətləri nəticəsində sədrlərə qarşı ard-arda cinayət işinin açılması, saxta sənədlərlə əməliyyatların aparılması kollektivin ümumi nüfuzuna da xələl gətirmişdir.
İlk olaraq
Firdovsi Cəbrayılovun sədrliyi, sonradan isə Hacı Əliyevin ağır məsuliyyətli
yükün altına girməsi nəticəsində bu gün Səbail bələdiyyəsi fəaliyyəti ilə
artıq ölkə səviyyəsində təcrübəsi yayıla
biləcək bir səviyyəyə çatıb. Bu gün kollektivin hər bir qulluqçusu, xüsusəndə bələdiyyə
üzvlərinin hər biri ölkənin birinci şəxsinin onlara etimad göstərib səs
verdiyinin məsuliyyətini dərk edir və fəaliyyət göstərirlər.
Bu işdə isə
Hacı Əliyevin sədr olaraq fəaliyyəti və xidməti danılmazdır. Ətrafına gənc və perspektivli kadrları cəlb etməklə, Hacı müəllim həm də nümunəvi kadr məktəbi yarada bilib. Qeyd edim ki, kadr məktəbi
yaratmaq, öz təcrübəsini paylaşmağı indiki həssas məqamda heç də hər kəs ürək
etmir, bacarmır və yaxud bacarmaq istəmir.
Bələdiyyə-icra
əlaqələrinin sivil münasibətlər üzərində qurmağı, bələdiyyə-vətəndaş münasibətlərində isə daim yeniliklərə
imza atmağı bacaran dəyərli Hacı Əliyevin bu gün ad günüdür.
Belə bir
gündə dəyərli ağsaqqala yalnız saglıqlı ömür arzulayır, çalışdığı bələdiyyə sahəsində
isə yeni-yeni kreativ ideyaları gerçəkləşdirməyi arzu edirəm.
Bir daha təbrik edirəm!!!
Vüqar Tofiqli
Rəylər
0 Rəy