Osman Quliyev: “Yerli özünüidarəetmə sahəsində də kargüzarlıq işinin təşkili, onun qanunvericiliyə uyğun həyata keçirilməsi olduqca böyük önəm daşıyır”
“Qaradağ rayonu Qobustan Bələdiyyəsinin yarandığı gündən etibarən arxiv sənədləri müvafiq qaydada təhvil verilməmişdir” – bu fikriləri Belediyye.infoya adışəkilən bələdiyyənin sədri Osman Quliyev deyib.
Sədrin
sözlərinə görə, Milli Arxiv İdarəsinə edilən müraciətdən sonra Qobustan bələdiyyəsinin
sənədlər aidiyyəti üzrə təhvil verilmişdir.
Sədr qeyd
edib ki, bələdiyyə iclasının qərarı və Milli Arxiv İdarəsinin müvafiq qurumları
ilə əldə olunan razılaşmaya əsasən bələdiyyədə mövcud olan sənədlərin arxişləşdirilərək
Arxiv idarəsinə təqdim edilməsi artıq başa çatdırılıb.
Sədr bildirib ki, yerli özünüidarəetmə sahəsində də kargüzarlıq işinin təşkili, onun qanunvericiliyə uyğun həyata keçirilməsi olduqca böyük önəm daşıyır. Sənədlərin arxıvləşdirilməsi prosesini həyata keçirməklə gələcəkdə bələdiyyənin üzləşə biləcəyi hər hansı neqativ halın qarşısını almış olacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy