Mürsəl Eminov: “Binəqədi bələdiyyəsi həssas qrupa aid ailələri hər zaman diqqət mərkəzində saxlayır”
“Hər il olduğu kimi bu ildə bayram münasibəti ilə Binəqədi bələdiyyəsi 230 ailəyə Qurban payı verilib” - bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Mürsəl Eminov bildirib.
Sədr açıqlamasında qeyd edib ki, bələdiyyənin inzibati
binasında bələdiyyə əməkdaşları tərəfindən rayon ərazisində yaşayan ahıl, aztəminatlı,
şəhid və qazi ailələrinə əvvəlcədən qablaşdırılmış formada bayram payı təqdim edilib.
Siyahı üzrə inzibati binaya dəvət edən insanları bələdiyyə əməkdaşları qarşıdan gələn Qurban Bayramı
münasibəti ilə təbrik edib, onların hər birinə can sağlığı arzulayıblar.
Sədr qeyd edib ki, Binəqədi bələdiyyəsi hər zaman həssas
qrupa aid ailələri daim diqqət mərkəzində saxlayır, onların sosial-məişət
qayğıları ilə maraqlanır, üzləşdikləri problemlərin həlli ilə bağlı addım
atırlar.
Belediyye.info
Rəylər
0 Rəy