Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-04-2026 , 19:45

195

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Həsənov: “İki il ərzində əmlak vergisinin həcmi  51 faiz artıb”

“Bələdiyyənin büdcə gəlirləri vergi-uçot sisteminin hansı səviyyədə qurulmasından çox asılıdır” -bu fikirləri Belediyye.infoya Səbail rayonu, Badamdar bələdiyyəsiniun sədri Seymur Həsənov deyib.

Sədr qeyd edib ki, məhz bu cür yanaşmanın nəticəsidir ki, son iki il ərzində bələdiyyənin büdcə gəlirlərində 52 faizlik artım müşahidə olunub.

Büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, 2024-cü ilin birinci rübündə əldə olunan ödənişlərin ümumi məbləği - 107.071 manat olub ki, onunda  101.925 manat əmlak vergisindən,  4.418 manatı  torpaq vergisindən ,  728 manatı mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən daxil olub.

2025-ci ilin birinci rübündə isə ümumi - 108.891 manatn  100.986 manatı əmlak vergisindən,  5.630 manatı torpaq vergisindən, 2.275 manatı isə mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən daxil olub.

Cari ilin birinci rübündə isə ümumi 163.078 manat olmaqla, onlardan 154.359 manatı  əmlak vergisindən,  5.692 manat torpaq vergisindən, 3.027 manatı isə mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən daxil olub.

Göründüyü kimi,  iki il ərzində əmlak vergisinin həcmində 51 faiz, 3.15 dəfə mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, 28 faiz isə torpaq vergisinin həcmində artım müşahidə olunub.

Sədr qeyd edib ki,  büdcə gəlirlərində irəliləyişin olması həm yenilənmiş və təkmilləşdirilmiş BAMS proqramının ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsi səbəbindən, həm də vergi-uçot sistemində olan boşluqların aradan qaldırılması ilə bağlıdır.

Bütün hallarda kollektivimizin əsas məqsədi vətəndaş məmnunluğunu lazımı səviyyədə təmin etmək üçün var qüvvəsi ilə çalışmaqdır. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər