Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-04-2026 , 21:24

200

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Vergi xidmətinin rəhbəri: “Bələdiyyənin büdcə gəlirlərini daha da artırmaq  üçün qanunvericiliyin bəzi məqamlarına yenidən baxılmasına ehtiyac vardır”

“Bu gün hər bir  bələdiyyənin vergi xidməti fəaliyyətini sistemli şəkildə qurarsa uğura imza atacağı gün uzaqda deyil. Odur ki, bələdiyyənin əsas maliyyə dayağı kimi vergi xidməti qanunverciliyin və BAMS-proqramının verdiyi imkanlardan lazımınca yaralanmalıdır”- bu fikirləri Xəzər rayonu, Şüvəlan bələdiyyəsi vergi xidmətinin rəhbəri Rizvan Rəhimov deyib.

Bu gün Şüvəlan bələdiyyəsi olaraq sədr Telman Süleymanovun təklif və tövsiyələrinə uyğun olaraq daim hərəkətdə olmaqla qarşımıza qoyduğmuz hədəfə doğru addımlayırıq.

Rizvan Rəhimov bununla yanaşı deyib ki, ancaq büdcə gəlirlərini daha da artırmaq  üçün qanunvericiliyin bəzi məqamlarına yenidən baxılmasına ehtiyac vardır.

Belə ki, vergi tariflərinin 25 il ərzində dəyişdirilməməsi, sənədsiz əmlakın sənədləşdirilməsindəki ləngimələr, üstəlik icarə haqlarının az olması büdcə gəlirlərinin  kifayət qədər yüksək olmasına imkan vermir. Bələdiyyəyə daxil olan hər bir manatın sakinlərin problemlemlərinin həllinə yönəldildiyini  nəzərə alsaq, qaldırılan məsələlərə yenidən baxılmasına zəruriəti bir qədər də artır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər