Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-03-2026 , 19:49

112

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Maştağa qəsəbəsində abadlıq və yol təmir işləri davam etdirilir”

“Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində  yolun mövcud vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ərazidə yaşayan sakinlərin kollektiv müraciəti Maştağa bələdiyyəsində müzakirə olunmuş və müraciət əsasında müvafiq qərar qəbul edilmişdir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.

Sədr qeyd edib ki, qəbul olunmuş qərara uyğun olaraq qeyd olunan ünvanda abadlıq və cari yol təmir işləri həyata keçirilmişdir. Görülmüş işlər çərçivəsində yol səthi xüsusi texnikalar vasitəsilə hamarlanmış, mövcud çuxurlar karbonat materialı ilə doldurularaq möhkəmləndirilmiş, səth bərabərləşdirilmiş və yol boyunca çınqıl örtüyü tətbiq edilərək ərazi nəqliyyat vasitələri və piyadaların istifadəsi üçün daha əlverişli vəziyyətə gətirilmişdir.

Xüsusilə qeyd edək ki, Novruz və Ramazan bayramı günlərində cari təmir işləri fasiləsiz davam etdirilmiş və yol qısa müddətdə sakinlərin istifadəsinə verilmişdir.

Aparılan işlər nəticəsində küçədaxili yolun texniki vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, sakinlərin gündəlik hərəkəti üçün daha təhlükəsiz və rahat şərait yaradılmışdır.

Maştağa bələdiyyəsi tərəfindən qəsəbə ərazisində abadlıq, infrastrukturun yaxşılaşdırılması və vətəndaş müraciətlərinə operativ baxılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
848