Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-03-2026 , 08:19

203

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ağaəli Məsimov: “Atılan addımlar sayəsində büdcə gəlirlərində kifayət qədər artım müşahidə olunub”

“Məqsədimiz seçicilərimizə verdiyimiz sözü tutmaqdır. Bunun üçün  bələdiyyənin vergi xidməti var qüvvəsi ilə çalışır”-bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsinin sədri Ağaəli Məsimov deyib.

Sədrin sözlərinə görə, vergi-uçot sistemindəki boşluqları aradan qaldırmaqla, həmçinin BAMS-ın verdiyi imkanlardan tam şəkildə istifadə etməklə büdcə gəlirlərində irəliləyişə nail olunub.

Sədr qeyd edib ki, büdcə gəlirlərimiz artdıqca sakinlərimizə göstərdiyimiz xidmət səviyyəsini də artırmağa çalışırıq. Odur ki, əsas fəaliyyətimiz  mövcud imkanları dəyərləndiməklə büdcə gəlirlərini artırmağa yönəlib.

Ağaəli Məsimov açıqlamasında bəzi rəqəmlərə də toxunub:

"Atılan addımlar sayəsində ötən ilin yanvar və fevral ayı ilə müqayisədə cari ilin müvafiq dövründə yanvar ayı üzrə ümumi büdcə gəlirlərində 3.5 dəfə, fevral ayında isə 2.4 dəfəyə qədər artım müşahidə olunub. Bu isə ümumilikdə yanvar ayı üzrə 17.775 manatlıq, fevral ayı üzrə isə  14972 manatlıq artım deməkdir.

Bələdiyyənin  vergi xidməti bundan sonra da fəaliyyıtini bu istiqamətdə qurmaqla büdcə gəlirlərini artırmağa çalışacaqdır"

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər