Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-03-2026 , 18:42

197

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: “Xətai bələdiyyəsi  bu ildə ənənəsinə sadiq qalaraq 127 şəhid və qazi ailəsinə  bayram sovqatı təqdim edib”


“Xətai bələdiyyəsi Xətai RİH-in təşəbbüsü ilə daim  rayon ərazisində yaşayan şəhid  və qazi ailələrini diqqət saxlayır, onları narahat edən məsələlərin həllinə çalışır”-  bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev bildirib.

Sədr bildirib ki, Xətai bələdiyyəsi həm də daim şəhid və qazi ailələrinin  qayğı və problemləri ilə maraqlanırlar. Xətai bələdiyyəsinin əməkdaşlarının iştirakı ilə Novruz və Ramazan bayramlarında 127 şəhid və qazi ailəsinə bayram sovqatı təqdim edilib.Bələdiyyənin üzv və qulluqçularının iştirakı ilə hər bir şəhid və qazi ailəsi mənzilində ziyarət edilmiş, bələdiyyənin həyata keçirdiyi layihələrdən və çəhid və qazi ailələrinə gösgərilən qayğı və diqqət söz açılmışdır.

Bununla yanaşı hər bir görüşdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulduğu ailə üzvlərinin diqqətinə çatdırılıb.

Görüşlərdə sədr həmçinin bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birinin müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunmasını təşkil etmək olduğu ailə üzvlərinin bir daha  diqqətinə çatdırılıb.

Sədr qeyd edib ki, Xətai bələdiyyəsinin kollektivi də bu nəcib təşəbbüsə qoşulmağı özlərinə borc bilir.

 Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
840