Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-03-2026 , 08:49

183

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Xətai bələdiyyəsi növbəti dəfə  3 saylı Uşaq Evini ziyarət edib


“Xətai bələdiyyəsinin kollektivi növbəti dəfə  Bakıdakı 3 saylı Uşaq Evini ziyarət edib”- bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev bildirib.

Sədr qeyd edib ki, Xətai RİH-in rəsmilərinin və  bələdiyyənin üzv və qulluçularının iştirak etdiyi tədbirdə uşaqlar üçün əyləncəli və musiqili anlar yaşanıb. Ramazan və Novruz bayramı  günlərindıə  təşkil edilən ziyarət zamanı uşaqlar qonaqlar üçün hazırladıqları müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Xətai bələdiyyəsi hər il olduğu kimi, bu il də valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqları yad edərək onlara müxtəlif hədiyyələr təqdim edib. Heyət tərəfindən təşkil olunan intellektual və əyləncəli oyunlar uşaqların geniş marağına səbəb olub.

Daha sonra uşaqlara çoxlu  sayda hədiyyələr paylanılıb.

 Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər