Osman Quliyev: “Qəsəbədə ağacəkmə aksiyası keçirilib”
“Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar rayon üzrə Tədbirlər Planına uyğun olaraq Qobustan qəsəbəsində ağacəkmə aksiyası keçirilmişdir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Osman Quliyev deyib.
Sədrin
sözlərinə görə, aksiyada bələdiyyənin üzv və qulluqçuları, qəsəbə sakinləri və
ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya çərçivəsində mərkəzi yolunun ətrafında
150 ədəddən artıq müxtəlif növ ağac və kol bitkiləri əkilmişdir.
Ərazilərdə
əkilən ağaclara aqrotexniki qulluq göstərilmiş daimi qulluq göstərilməsi üçün
suvarılma məsələləri həll olunmuşdur.
Sədr qeyd edib ki, movsüm ərzində qəsəbə ərazisində ağacəkmə və təmizlik-abadlıqla bağlı iməcliklərin hər həftə keçirilməsi nəzərdə tutulmuşdur.
Belediyye.info
Rəylər
0 Rəy