Tədbir Hövsan bələdiyyəsinin təşkilatçılığı keçirilib
Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Hövsan Bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiya”nın və S.S.Axundov adına 172 saylı tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Təhsildən yayınma: səbəblər və qarşısının alınması yolları” mövzusunda tədbir təşkil olunub.
S.S.Axundov
adına 172 saylı tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Suraxanı
Rayon İcra Hakimiyyəti başçısının müavini, RİHB-i yanında Məişət zorakılığının
qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Könül
Axundova, monitorinq və əlaqələndirmə qrupunun üzvləri, Rayon Polis İdarəsinin
İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki
işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayev, bələdiyyə
sədrləri, psixoloqlar, şəhid anaları, məktəb direktorları, müəllim, şagird və
valideyn heyəti iştirak ediblər.
Çıxış
edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova təhsildən
yayınma halları ilə bağlı risk qrupuna daxil olan ailələrlə profilaktik işlərin
gücləndirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, təhsildən kənarda
qalan hər bir uşaq gələcəkdə sosial risklərlə, o cümlədən məişət zorakılığı ilə
qarşılaşma ehtimalı daha yüksək olan fərd kimi formalaşa bilər. Bu səbəbdən
monitorinq qrupu tərəfindən şagirdlərin dərsə davamiyyəti diqqətdə saxlanılır və
müvafiq tədbirlər görülür.
Tədbirdə
həmçinin məktəbin direktoru Vəfa Bağırova, məktəbin psixoloqu Nərgiz Mürvətli,
polis polkovnik-leytenantı Əfqan Ağayev və Hövsan Bələdiyyəsinin sədr müavini
Faiq Məmmədov çıxış edərək mövzunun cəmiyyətimizin gələcəyi baxımından mühüm əhəmiyyət
daşıdığını bildiriblər, uşaqların təhsildən kənarda qalmasının səbəbləri və
qarşısının alınması yolları barədə fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində şagirdlərin təqdimatında mövzuya dair səhnəcik və videoçarx nümayiş olunub.
Hövsan bələdiyyəsi
Rəylər
0 Rəy