Anar Adıgözəlov: “Sosial yardım proqramlarına ayrılan vəsaitin həcmi iki dəfəyədək artıb”
“Bələdiyyəmiz daim həssas qrupa aid edilən ailələrin sosial-məişət qayğılarının həllini diqqət mərkəzində saxlayır”- bu fikirləri Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.
Sədr deyib
ki, bələdiyyədə yaradılan işçi qrupu mütəmadi olaraq şəhid, qazi və aztəminatlı
ailllərlə görüşlər keçirir, onları narahat edən problemlərin həlli ilə
maraqlanır, üzləşdikləri çətinliklərin aradan qaldırlması ilə bağlı addım atır.
Məhz bu səbəbdən
büdcə gəlirləri artdıqca sosial yardım proqramlarına ayrılan maliyyə vəsaitinin
həcmini də artıra bilmişik.
Sədr bildirib
ki, 2023-cü illə müqayisədə sosial yardımlara ayrılan vəsaitin həcmi bələdiyyə
iclasının qərarı ilə iki dəfəyə yaxın artırılıb.
Belə ki,
2023- cü ildə sosial yardım proqramlarının icrasına 10.123 manat, 2024 -cü ildə
12.288 manat, 2025 -ci ildə isə 19.214 manat vəsait ayrılıb.
Belediyye.info
Rəylər
0 Rəy