Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-03-2026 , 18:38

183

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov: “Bələdiyyə olaraq 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bır sıra layihələri icra etdik”

“Şüvəlan bələdiyyəsi olaraq 8 Mart – Beynəlxalq Qadınlar Günündə  bələdiyyə iclasının qərarı ilə növbəti layihənin icrasını həyata keçirə bildik“- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Telman Süleymanov deyib.

Sədr bildirib ki, layihə çərçivəsində bələdiyyə ərazisində olan şəhid, qazi və aztəminatlı ailələr  ziyarət olunub. Əhalinin həssas qrupuna aid olan ailələrin üzvləri  8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edilib, onlara dərin ehtiram və minnətdarlıqlarını ifadə ediblər.

Görüşlərdə bələdiyyənin sədri Telman Süleymanov, sədr müavini Rəqsanə Əliyeva və bələdiyyənin  qulluqçuları iştikrak ediblər. Hər bir görüşdə xanımların  hər birinə gül dəstələri və qiymətli hədiyyələr təqdim edilib və  sonda xatirə şəkli çəkilib.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
778