Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-02-2026 , 15:56

209

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Hümbət Hüseynov: “Bələdiyyə sənədlərinin vaxtında arxivləşdirilməməsi neqativ hallara yol aça bilər”

“Ölkə başçısının müvafiq fərman və sərəncamları, o cümlədən Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun dəstəyi ilə bələdiyyələr müasir dövrün tələblərinə uyğun olaraq inkişafa döğru addım atmaqdadırlar.

Bələdiyyələr BAMS- proqramının, o cümlədən “Bələdiyyələrlə iş” informasiya sisteminin imkanlarından istifadə etməklə büdcə gəlirlərini artiraraq qarşılaşdıqları problemlərin müəyyən bir qisminin həllinə nail ola bilirlər” – bu fikirləri Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov Milli Məclisin Regional məsələlər Komitəsinin dünən keçirilən iclasında səsləndirib.

Assosiasiyanın sədri həmçinin iki təkliflə də çıxış edib. Sədr qeyd edib ki, bələdiyyələrin işinin təşkilinin təkcə kəmiyyət göstəriciləri ilə qiymətləndirmək olmaz. Keyfiyyət göstəricilərinə diqqət etmək lazımdır. Bu məqsədlə bələdiyyələrin bir-biri ilə əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin təcrübə mübadiləsinin aparılması nəticə etibarı ilə bələdiyyələrin üzləşdikləri problemlərin həllinə yol aça bilər. Odur ki, bu məqsədlə ətraf bələdiyyələri M.Ə.Rəsulzadə bələdiyyəsinə dəvət edirəm.

İkinci bir təklif isə bələdiyyə sənədlərinin arxivləşdirilməsi ilə bağlıdır. Bəzən bələdiyyə sənədlərinin vaxtında arxivləşdirilməməsi neqativ hallara yol açır. Bələdiyyənin xəbəri olmadan kimlərsə bu sənədləri saxtalaşdırır və nəticə etibarı ilə bələdiyyənin adı neqativ məqamlarda hallandırılır. Bu proses müvafiq qurumlar tərəfindən diqqətdə saxlanılarsa, neqativ halların aradan qaldırılmasına səbəb olar. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər