Hümbət Hüseynov: “Bələdiyyə sənədlərinin vaxtında arxivləşdirilməməsi neqativ hallara yol aça bilər”
“Ölkə başçısının müvafiq fərman və sərəncamları, o cümlədən Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun dəstəyi ilə bələdiyyələr müasir dövrün tələblərinə uyğun olaraq inkişafa döğru addım atmaqdadırlar.
Bələdiyyələr BAMS-
proqramının, o cümlədən “Bələdiyyələrlə iş” informasiya sisteminin
imkanlarından istifadə etməklə büdcə gəlirlərini artiraraq qarşılaşdıqları
problemlərin müəyyən bir qisminin həllinə nail ola bilirlər” – bu fikirləri Azərbaycan
Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri
Hümbət Hüseynov Milli Məclisin Regional məsələlər Komitəsinin dünən keçirilən
iclasında səsləndirib.
Assosiasiyanın sədri həmçinin
iki təkliflə də çıxış edib. Sədr qeyd edib ki, bələdiyyələrin işinin təşkilinin
təkcə kəmiyyət göstəriciləri ilə qiymətləndirmək olmaz. Keyfiyyət göstəricilərinə
diqqət etmək lazımdır. Bu məqsədlə bələdiyyələrin bir-biri ilə əməkdaşlıq əlaqələrinin
qurulması, həmçinin təcrübə mübadiləsinin aparılması nəticə etibarı ilə bələdiyyələrin
üzləşdikləri problemlərin həllinə yol aça bilər. Odur ki, bu məqsədlə ətraf bələdiyyələri
M.Ə.Rəsulzadə bələdiyyəsinə dəvət edirəm.
İkinci bir təklif isə bələdiyyə sənədlərinin arxivləşdirilməsi ilə bağlıdır. Bəzən bələdiyyə sənədlərinin vaxtında arxivləşdirilməməsi neqativ hallara yol açır. Bələdiyyənin xəbəri olmadan kimlərsə bu sənədləri saxtalaşdırır və nəticə etibarı ilə bələdiyyənin adı neqativ məqamlarda hallandırılır. Bu proses müvafiq qurumlar tərəfindən diqqətdə saxlanılarsa, neqativ halların aradan qaldırılmasına səbəb olar.
Belediyye.info
Rəylər
0 Rəy