Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-01-2026 , 17:20

1235

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Yeni strateji inkişaf mərhələsində ölkə bələdiyyələri də müasir çağırışlara cavab verməlidir


Ölkəmzidə keçirilən  6-cı bələdiyyə seçkilərindən sonra yerli özünüidarəetmə sahəsində aparılan islahatlar nəticəsində Bibiheybət bələdiyyəsi Səbail bələdiyyəsinə birləşdirilərək  Səbail bələdiyyəsi  yenidən formalaşdı. Hazırda Səbail bələdiyyəsinin 17 bələdiyyə üzvü var.

Birləşmədən sonra bələdiyyə ərazisi genişlənmiş, iqtisadi və maliyyə potensialımız müəyyən qədər artmış, yerli problemlərin həlli üzrə vəzifələrimizi reallaşdırmağa əlavə imkanlar yaranmışdır.

Bələdiyyələrin qarşısında dayanan əsas vəzifələrin yerinə yetirilməsi üçün yerli büdcənin lazımi səviyyədə formalaşması əsas şərtdir. Bildiyimiz kimi, yerli büdcə qanunvericiliklə müəyyən edilmiş vergi və ödənişlərdən və digər gəlirlərdən formalaşdırırlar. Əmlak və torpaq vergisi bələdiyyə büdcəsinin əsasını təşkil edir.

Bələdiyyələrin inzibati ərazisində vergi obyektləri və vergi ödəyiciləri barədə Dövlət Reyestr xidmətində olan məlumatların BAMS-a inteqrasiyası nəticəsində yeni əmlaklar və ödəyicilər barədə məlumatların əldə olunması xeyli asanlaşmış və nəticə olaraq yerli vergi və ödənişlərin toplanması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması, SMS bildirişlərin vətəndaşlara göndərilməsi , bələdiyyənin  gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması məqsədi ilə yenilənmiş proqram ölkənin bütün bələdiyyələrində olduğu kimi Səbail bələdiyyəsinin də  fəaliyyətinin səmərəliyinə gətirib çıxarmışdır.

Səbail bələdiyyəsinin əsas fəaliyyət istiqamətləri bələdiyyənin inzibati ərazisində yaşayan sakinlərin həyat şəraitlərinin yaxşılaşdırılması, yerli əhali tərəfindən qaldırılmış məsələlərin vaxtında icra olunması, bələdiyyə-vətəndaş münasibətlərinin formalaşması və yerli idarəetməyə əlçatanlığın təmin olunmasıdır.

2025-ci ildə Səbail bələdiyyəsinin büdcəsindən abadlıq və təmir işlərinin həyata keçirilməsi məqsədilə 311 439  manat ayrılmışdır. Həmçinin, sakinlərin müraciətlərinə əsasən 30 yaxın küçələrdə məhəlləarası yollarda asfalt örtüyü təmir-bərpa olunmuş, təmirə ehtiyacı olan  dam örtükləri, fasadlar və hasarlar təmir olunaraq abadlaşdırılmışdır.

Səbail bələdiyyəsi tərəfindən sosial yardımların göstərilməsi üçün isə 140 820 manat vəsait ayrılmış, həmçinin, sosial yardımlar üçün nəzərdə tutulmuş vəsait şəhid ailələri, qazilər, müharibə iştirakçıları və aztəminatlı ailələrə maddi yardımlar, ərzaq yardımlarının verilməsi istiqamətində icra edilmişdir.

Səbail bələdiyyəsi hər zaman şəhid ailələrinə, onlarla bağlı müraciətlərə qarşı xüsusi diqqətlə yanaşmış, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, adlarının daim uca zirvələrdə tutulması istiqamətində bir sıra addımlar atılmışdır.

Ötən il  27 sentyabr –Anım Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Səbail rayonu ərazisində yerləşən şəhid məzarlarının və abidələrinin, baralyeflərin, şəkil lövhələrinin ətrafının abadlaşdırılmış, şəhidlərin xatirə  lövhələri və baralyeflərinin təmir bərpa işləri görülmüş, baralyeflərdə şəkil və lövhələr dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Həmçinin, Vətən müharibəsi şəhidi İlkin Əhədzadənin 51 saylı məktəbdə baralyefi vurulmuş, şəhid Murad Qurbanovun baralyefi yenilənmiş və itkin düşmüş şəhid Elçin Quliyevin dəfn  mərasimi ilə əlaqədar təşkilati məsələlərində müvafiq köməklik göstərilmişdir.

 Səbail rayon İcra Hakimiyyətinin keçirdiyi bütün tədbirlərdə bələdiyyə olaraq fəal iştirak etmiş və tərəfimizdən  tədbirlərin təşkilatı məsələlərinə müvafiq köməklik göstərilməkdədir.

Bundan başqa, qeyd edim ki, Səbail bələdiyyəsinin inzibati ərazisində ətraf mühitin qorunması, ekololi vəziyyətin davamlı inkişafı bələdiyyə fəaliyyətinin bir hissəsinə çevrilmişdir. Ötən il ərzində bələdiyyə tərəfindən rayon ərazində yaşıllıqların artırılması məqsədilə 2000-ə yaxın ağac əkilmiş, 3000 kv.m sahəyə qazon örtüyü salınmışdır.

Səbail bələdiyyəsinin ictimai-siyasi və humanitar şöbələrinin səmərəli fəaliyyəti olmuşdur.

Məqsədimiz bələdiyyə iclaslarında verilən qərarlara əsasən ayrılmış vəsaitin təyinatı üzrə və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq icra edilməsi, şəffaflığın təmin olunması və bələdiyyəmizin üzərinə düşən vəzifələrin təxirəsalınmadan icra edilməsi üçün müvafiq tədbirlərin görülməsidir.

Bu gün ölkə prezidentinin rəhbərliyi ilə müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş dövrünü yaşayır və  ölkəmiz yeni strateji inkişaf mərhələsinə qədəm qoymuşdur.

Yeni şəraitdə ölkə bələdiyyələrinin də müasir çağırışlara uyğunlaşdırılması tələb olunur. Bu səbəblə Səbail bələdiyyəsi olaraq biz də işimizi daha səmərəli quraraq, inkişaf proseslərində fəal iştirak etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

 Hacı Əliyev

Səbail bələdiyyəsinin sədri

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
1144