Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-03-2025 , 00:00

1309

Son xəbərlər

Bütün xəbərlər

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

Fidan Fərzəliyeva: “Rayonun inkişafı üçün birlikdə addım atmağımız   bu gün Şabran bələdiyyəsinin əsas vəzifəsidir”

“Məqsədimiz seçicilərimizə verdiyimiz vədi yerinə yetirməkdir”- bu sozləri Belediyye.infoya Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva deyib.

Sədrin sözlərinə görə, sakinləri narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə artıq vətəndaşlarla səyyar görüşlərin təşkilinə başlanılıb. Təsdiq edilmiş qrafikə əsasən növbəti səyyar qəbulu Hacıqaraqaşlı kəndində keçirilib.

Qəbulda iştirak edən kənd sakinlərinə əvvəlcə  Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şabran rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə ətraflı məlumat verilib.

Qəbul zamanı vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, kəndin ümumi problemləri müzakirə olunub. Sakinlərimizin səsləndirdikləri məsələlər müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlərin bələdiyyə iclasında müəyyənləşdirilməsi, habelə həlli vaxt tələb edən məsələlər isə  nəzarətə götürülməklə aidiyyəti təşkilatlarla birgə işlənməsi qərara alınıb.

Bununla yanaşı bələdiyyənin fəaliyyətinin artırılması və sakinlərin rəgbətinin qazanılması üçün bir sıra layihələrin icrası da nəzərdə tutulur. Həyata keçirlməsi nəzərdə tutulan işlərdən biridə şəhərin təmizliyinə bələdiyyə tərəfindən töhfə verilməsidir.

Odur ki, Şabran şəhər bələdiyyəsi və Şabran şəhər üzrə nümayəndəliyinin birgə iştirakı ilə rayonun Liman kəndi ərazisində abadlıq, təmizlik və hasarlama işləri həyata keçirilib.

Sədr  bildirib ki, iməcilikdə ərazidəki əsas yolların təmizlənməsi işləri aparılıb, yol kənarları və səkilər alaq otlarından, kollardan təmzilənib.

Hasarlama işlərində bələdiyyə üzvləri və qulluqçuları, icra nümayəndəliyinin əməkdaşları, kənd sakinləri və könüllülər iştirak ediblər.

Sonda sədr vətəndaşlara müraciət etməyi də unutmayıb:

-  Şabran şəhər bələdiyyəsi tərəfindən inzibati ərazimizdəki kənd adları ( nişanları) yenilənib, rəsmi sənədlərdə olduğu qaydada yeni lövhələrdə yerləşdirilib. Bu dəyişiklik, həm tariximizə hörmətlə yanaşaraq, həm də müasir tələblərə cavab vermək məqsədilə həyata keçirilib. Yenilənmiş adlar yaşayış məntəqələrinin mədəni və tarixi dəyərlərini daha aydın əks etdirir və inzibati işlərimizin şəffaflığını artırmağa xidmət edir.

Sizlərin dəstəyi və rəyiniz bizim üçün çox önəmlidir. Ətraflı məlumat və suallarınız üçün bizə müraciət edə bilərsiniz.

Yeniliklərə açıq olmaqla rayonun inkişafı üçün birlikdə addım atmağımız bu gün Şabran bələdiyyəsinin əsas vəzifəsidir.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Soyqırım qurbanları yad edildi

Region
31-03-2025
626