Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-03-2025 , 18:53

624

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

Şəmsi Əliyev: “Ərazimizdə olan mülkiyyətin kifayət  qədər hissəsinin sənədinin olmaması fəaliyyətimizə müəyyən probem yaratmaqdadır”

“Goranboy bələdiyyəsi fəaliyyətinin əvvəlki templə davam etdirir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Şəmsi Əliyev bildirib.

Ötən illərdəki fəaliyyəti qənaətbəxş hesab edən sədr bildirib ki, bələdiyyənin uğurunun kökündə  kollektivin birgə fəaliyyəti dayanır. Bu gün bələdiyyənin üzv və qulluqçularının yekdil fəaliyyətinin nəticəsidir ki, bələdiyyənin hər hansı bir quruma borcu yaranmayıb.

Bütün sosial ödənişləri və əməkhaqları ödənişi  vaxtlı-vaxtında həyata keçirilir. Bununla yanaşı şəhərdə aparılan abadlıq-quruculuq işlərinə öz köməyimizi göstərməklə yanaşı, sakinlərin qaldırdığı problemin həllinə də çalışırıq. Məqsədimiz seçicilərimizin etimadını doğrultmaqdır.

Sədr qeyd edib ki, hazırda Göranboy bələdiyyəsi olaraq vergi və ödənişlərin yığılmasında yaranan problemləri həll edirik.

Bu gün BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi fəaliyyətimizə müsbət təsir edib, ancaq ərazimizdə olan mülkiyyətin 70 faizədək hissəsinin sənədinin olmaması fəaliyyətimizə müəyyən problem yaradır. Bu gün  kollektiv üzvləri vətəndaşları maarifləndirici söhbətlər aparmaqla, həm də bələdiyyənin vergi-uçot sistemini təkmilləşdirmək və qanunvericiliyin tələblərinə uyğun olaraq addımların atılmasına çalışır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər