Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-03-2025 , 20:08

690

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

Xaçmaz regional ədliyyə idarəsi birləşdirmə ilə bağlı  görüşləri davam etdirir

Bələdiyyələrin birləşməsi ilə bağlı yaradılmış komissiyanın Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonları üzrə Xaçmaz regional ədliyyə idarəsi tərəfindən keçirilmiş iclası  20.02.2025-ci il tarixdə Şabran rayonu, 25.02.2025-ci il tarixdə Quba rayonu, 27.02.2025-ci il tarixdə Qusar rayonu, 28.02.2025-ci il tarixdə Xaçmaz və Siyəzən rayonları üzrə bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirilib.

Regional idarənin rəisi (komissiyanın sədri) Qədir Paşayev çıxış edərək “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” 18.10.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun icrası məqsədilə Nazirlər Kabinetinin “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması haqqında” 13.01.2025-ci il tarixli, 13s nömrəli Sərəncamının icrası barədə Ədliyyə Nazirliyinin 03.02.2025-ci il tarixli, 03-T saylı əmri ilə yaradılmış komissiyaların yerlərdəki fərdi tərkibinin təsdiq edildiyini bildirib.

Birləşmə zamanı tərtib ediləcək müvafiq aktların nümunəsi komissiyanın üzvlərinə təqdim edilib, görüləcək işlərlə bağlı onlara ətraflı izah verilib, həmçinin mümkün olan qısa müddətdə birləşən və yeni bələdiyyələr arasında təhvil-təslim işlərinin yekunlaşmasının zəruriliyi vurğulanıb.

Ədliyyə Nazirliyinin yuxarıda qeyd olunan müvafiq əmrinin icrası ilə bağlı birləşmiş bələdiyyələrə məxsus mülkiyyət, maliyyə və başqa məsələlərin həlli zamanı qanun pozuntuları, o cümlədən bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalar aşkar edildikdə müvafiq tədbirlərin görüləcəyi komissiya üzvlərinin diqqətinə çatdırılıb. 

İclasın sonunda iştirakçıları narahat edən bütün suallar cavablandırılıb.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər