Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-10-2025 , 21:44

1127

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ramil Hüseynli: “Vergi daxilolmalarındakı bu artım...”

 “Sahil bələdiyyəsi  tərəfindən görülən məqsədyönlü tədbirlər nəticəsində ötən ilin 9 ayı ilə müqayisədə bu ilin eyni dövrü ərzində əmlak və torpaq vergilərinin yığımında artım müşahidə olunmuşdur”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ramil Hüseynli deyib.

Büdcə daxilolmalarını müqayisəli şəkildə təhlil edən sədr bildirib ki, ötən ilin 9 ayı üzrə əmlak vergisi 39.633 manat, torpaq vergisi 16.089 manat, icarə haqqı isə 4.200 manat təşkil etmişdir. Cari ilin 9 ayı ərzində isə əmlak vergisi 64.380 manat, torpaq vergisi 16.408 manat, icarə haqqı isə 6.200 manat olmuşdur. Ötən illə müqayisədə əmlak vergisində 24.746 manat, torpaq vergisində 318 manat, icarə haqqından daxilolmalarda isə 2.000 manat artım qeydə alınmışdır.

Sədr qeyd edib ki, əhalinin maarifləndirilməsi, vergi ödəyiciləri ilə mütəmadi əlaqələrin qurulması, məlumatlandırma və izahat işlərinin gücləndirilməsi nəticəsində vətəndaşların vergi öhdəliklərinə daha məsuliyyətlə yanaşmaları təmin edilmişdir. Vergi daxilolmalarındakı bu artım bələdiyyənin maliyyə imkanlarının genişlənməsinə, eləcə də qəsəbə ərazisində abadlıq, infrastruktur və sosial layihələrin daha səmərəli həyata keçirilməsinə şərait yaratmışdır.

Bələdiyyə gələcəkdə də şəffaf və effektiv vergi idarəçiliyi prinsiplərinə əsaslanaraq, əhalinin maarifləndirilməsi və könüllü vergi ödəmələrinin artırılması istiqamətində fəaliyyətini davam etdirməyi qarşıya məqsəd qoyur.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər