Nailə Nəsirova: “Zabrat bələdiyyəsi vətəndaş məmnunluğunun təmin edilməsi üçün hər zaman öz töhfəsini verməyə hazırdır”
“Bizim
məqsədimiz seçicilərimizin rəğbətini qazanmaqdır. Bunun üçün var gücümüzlə çalışırıq”-
bu fikirləri Belediyye.infoya Sabunçu
rayonu Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova deyib.
Sədr
bildirib ki, daim sakinlərlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həllini
diqqətdə saxlamağı unutmuruq. Bu günlərdə sakinlərin müraciəti əsasında Molla Vəli
Vidadi və Nəcəf bəy Vəzirov küçələrində iməcilik təşkil edilərək ərazidə təmizlk
işləri aparılmışdır. Bununla yanaşı ərazi zibil tullantılarından təmizlənmiş,
sakinlərlə ərazinin gələcəkdə təmiz saxlanılıması barədə söhbətlər aparılmışdır.
Zabrat bələdiyyəsi bundan sonra da ənənəyə sadiq
qalaraq sakinlərin üzləşdikləri çətinlikləri aradan qaldrımaq üçün, habelə vətəndaş
məmnunluğunun təmin edilməsi üçün hər zaman öz töhfəsini verməyə hazırdır.
Belediyye.info
Rəylər
0 Rəy