Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-07-2024 , 10:39

1651

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “Şəhid ailələrinin hər bir müraciəti  diqqətdə saxlanılır”

“Quba rayon Tüləkəran bələdiyyəsi tərəfindən Birinci Qarabağ müharibəsi şəhidi Bağıyev Yaşar Həmdulla oğlunun fərdi yaşayış evinə baxış keçirilmişdir” – bu fikirləri  Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Rauf Hüseynov bildirib.

Sədrin sözlərinə görə, ailə üzvlərinin müraciəti əsasında şəhidin yaşadığı evə gediş-gəliş yolu qəzalı və yüksək enişli olduğundan istifadəyə uyğun olmadığı və təhlükəli olduğu müəyyən edilmişdir. Bələdiyyə iclasının qərarıyla əraziyə ağır texnika vasitəsi cəlb edilməklə  yeni yol çəkilmişdir. Yolun torpaq bərkitmə və hamarlanma işləri bələdiyyə tərəfindən görülmüşdür.

Sədr bildirib ki, bundan sonra da həm şəhid və qazi ailələri, eyni zamanda da digər bütün vətəndaşların müraciətlərini operativ qaydada həll etməyə çalışacağıq.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər