Bələdiyyə sədri: “Şəhid ailələrinin hər bir müraciəti diqqətdə saxlanılır”
“Quba
rayon Tüləkəran bələdiyyəsi tərəfindən Birinci Qarabağ müharibəsi şəhidi
Bağıyev Yaşar Həmdulla oğlunun fərdi yaşayış evinə baxış keçirilmişdir” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri
Rauf Hüseynov bildirib.
Sədrin
sözlərinə görə, ailə üzvlərinin müraciəti əsasında şəhidin yaşadığı evə gediş-gəliş yolu
qəzalı və yüksək enişli olduğundan istifadəyə uyğun olmadığı və təhlükəli
olduğu müəyyən edilmişdir. Bələdiyyə iclasının qərarıyla əraziyə ağır texnika
vasitəsi cəlb edilməklə yeni yol çəkilmişdir.
Yolun torpaq bərkitmə və hamarlanma işləri bələdiyyə tərəfindən görülmüşdür.
Sədr bildirib ki, bundan sonra da həm şəhid və qazi ailələri, eyni zamanda da digər bütün vətəndaşların müraciətlərini operativ qaydada həll etməyə çalışacağıq.
Belediyye.info
Rəylər
0 Rəy