Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-09-2024 , 21:40

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tüləkəran kəndində abidə-bulaq kompleksi istifadəyə verilib

“Quba rayon Tüləkəran bələdiyyəsi tərəfindən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin əbədləşdirilməsi istiqamətində işlər ənənəvi surətdə davam etdirilir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Rauf Hüseynov bildirib.

Sədr bildirib ki, bu məqsədlə Quba rayonu Yenikənd kəndində birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Mehman Ağayev və Yaşar Bağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə  abidə bulaq kompleksi inşa edilərək sakinlərin istifadəsinə verilmişdir.

Bulaq kəndin içməli su təhcizatının yaxşılardılmasına və eyni zamanda kənddaxili küçələrin işıqlandırılmasına öz müsbət təsirini göstərəcəkdir. Görülən işlər kənd sakinləri tərəfindən razılıqla qarşılanmışdır.

Bu istiqamətdə işlər bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdiriləcəkdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər