Bələdiyyə sədri: “Altıağac qəsəbəsində poçt şöbəsinin səbəbsiz yerə bağlanması nəticədə vətəndaşlarımızın, həmçinin bələdiyyə vergilərini ödəməsinə ciddi çətinlik yaradıb”
“Xızı
rayonu Altıağac bələdiyyəsinə, demək olar kı, vətəndaşların hər gün hər hansı
problemlə bağlı müraciətləri olur. Vətəndaşlara bələdiyyədə elə şərait yaradılıb ki, istənilən məsələ ilə
bağlı bələdiyyəyə müraciət edir. Hər kəs sərbəst şəkildə bələdiyyəyə dərdin deməyə
gəlir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Orxan
Nağıyev deyib.
Sədr
daha sonra qeyd edib ki, bizdə öz növbəmizdə bələdiyyəyə aid müraciətləri
qeydiyyata alıb baxılması üçün nəzarətə götürürük. Digər müraciətlər isə aidiyyatı
üzrə yönləndirilir. Lazım olduqda qurumların rəhbərləri ilə əlaqə yaradıb problemin
sürətli həlliylə bağlı müraciətlər olur.
Müraciətlər
əsasən vətəndaşların köhnə sənədlərinə yeni elektron çıxarışın alınması, torpaq
sahiblərinin qonşu mülkiyyətçilərlə sərhədlərinin müəyyən olunmasına köməklik
edilməsi, işsizlərin işlə təmin olunmasına köməklik olunması, sahibsiz itlərlə
bağlı yaranmış problemin həlli, küçələrin işıqlandırılması və.s kimi müraciətlər
olur. Küçələrin işıqlandırılması tərəfimizdən 70% demək olarkı öz həllini tapıb.
Sakinlər
tərəfindən pərakəndə atılmış məişət tullantılarının təmizlənməsi bu sahədə vətəndaşlarla
maarifləndirici görüşlərin keçirilməsi ilə bağlı gündəlik məşğul oluruq.
Hazırda
qəsəbədə fəaliyyət göstərən Poçt şöbəsi səsəbsiz yerə bağlanıb. Nəticədə vətəndaşlarımızın kommunal ödənişləri, bələdiyyə
vergilərini ödəməsinə ciddi çətinlik yaradıb. Ərazidə ödəmə terminalı belə yoxdur.
Tərəfimizdən ödəniş terminallarının
quraşdırılması ilə bağlı şirkətlərə qaynar xətləri vasitəsilə müraciət olunub.
Elektron
çıxarış alınması və torpaq sahələrinin sərhədlərinin təyin olunmasında vətəndaşlara
dəstəyimiz daim olur.
Ümumilikdə vətəndaş məmnunluğunun təmin olunması üçün əlimizdən gələn nə varsa edirik.
Belediyye.info
Rəylər
0 Rəy