Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-05-2024 , 15:35

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ötən il Qax bələdiyyələrinin mehmanxana rüsumunun həcmini 2.1 dəfə artırıblar

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2023-ci ildə  Qax rayonunda formalaşan 18 bələdiyyənin büdcə gəliri 707.600    manat olub. 2022-ci illə müqayisədə Qax bələdiyyələri  cəmi 400 manat az vəsait toplaya biliblər.

Əldə edilən gəlirin 31.6 faizi vergilərdən,  68.4 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 21.2 faizi torpaq, 10.4 faizi əmlak vergisindən daxil olub.

Qax bələdiyyələrinin büdcə gəlirinin 58.4 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Qax bələdiyyələri ötən il 329.200 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 31.7 faiz çox deməkdir.  İl ərzində Qax bələdiyyələrinə 42.000 manat dotasiya ayrılıb.

Qax bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 18.6 faiz artım olub.  Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 84.300 manat maliyyə vəsaiti daxil olub. Büdcə gəlirlərinin 11.9 faizi məhz bu istiqamətdən daxil olub. Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən 11.600 manat,  mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən 10.600 manat maliyyə vəsaiti daxil olub. Bu maliyyə istiqamətdin Qax bələdiyyələrinin büdcə gəliri 2.1 dəfə artıq olub.

Bələdiyyə müəssisələrinin mənfəət vergisindən, avtodayanacaqlardan, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı vergi daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər