Şirvan şəhərinin nümayəndə heyəti Türkiyədə səfərdə olub
Şirvan şəhərinin nümayəndə heyəti Türkiyənin Manisa şəhərində rəsmi səfərdə olub.
Numayəndə heyətinə Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov və digər rəsmi şəxslər daxildir.
Səfər çərçivəsində nümayəndə heyətinin Manisa şəhər valisi ilə görüş baş tutub.
Səfərdə məqsəd Manisada keçirilən Beynəlxalq Mesir Macunu Festivalında iştirak etməkdir.
Səfər çərçivəsində keçirilən görüşlərdə qardaş ölkələr arasında dostluq münasibərləri dərin tarixi köklərə malik olduğu vurğulanıb.
Görüşlərdə qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.
Qeyd edək ki, ötən ilin sentyabrın 8-də Şirvan şəhəri ilə Türkiyənin Manisa şəhəri arasında dostluq və qardaşlıq haqqında protokol imzalanıb.
Belediyye.info
Rəylər
0 Rəy