Soyqırım qurbanları yad edildi
31 Mart - Azərbaycanlıların soyqırım günü Şəhidlər Xiyabanında ucaldılmış Soyqırım abidəsi önündə soyqırım qurbanlarının xatirəsi yad edildi. Mingəçevir bələdiyyəsinin sədri, üzv və qulluqçularının da iştirak etdiyi mərasimdə şəhər İcra Hakimiyyətinin başçısı İ. İsmayılov və digər natiqlər soydaşlarımızın soyqırım tarixindən danışdılar. Bildirdilər ki, xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməklə soyqırım qurbanlarının qisasları alındı.
Anım günü şəhidlərimizin xatirələrini əbədiləşdirən Şəhidlər Xiyabanı ziyarət edildi və Soyqırım abidəsi önünə gül dəstələri qoyuldu.
Belediyye.info
Rəylər
0 Rəy