Bələdiyyə sədri: “Sakinlərlə intensiv şəkildə görüşlərin keçirilməsi...”
“Sakinlərlə ilk səyyar görüşümüzü qəsəbədə olan çoxmənzilli yaşayış binasının həyətində keçirtdik”- bu fikirləri Belediyye.infoya Masallı rayonu Boradigah bələdiyyəsinin sədri Tünzalə Qardaşova bildirib.
Görüşdə
iştirak edən bələdiyyənin məsul vəzifəli şəxsləri vətəndaşların müraciətlərini
dinləyiblər, gündəlik həyatlarında qarşılaşdıqları bir sıra problemləri qeyd ediblər
və bəzi məsələlər isə bələdiyyə sədri tərəfindən nəzarətə götürülüb.
Sədr
qeyd edib ki, görüş zamanı əsas müzakirə mövzuları məişət tullantılarının
düzgün idarə olunması, ətraf mühitin təmizliyinin qorunması və bələdiyyə vergilərinin
vaxtında ödənilməsi ilə bağlı olub. Sakinlərə bu istiqamətlərdə maarifləndirici
məlumatlar verilib, onların sualları cavablandırılıb və mövcud qanunvericiliyə
uyğun olaraq tövsiyələr təqdim olunub.
Sakinlərlə intensiv şəkildə görüşlərin keçirilməsi nəticə etibarı ilə seçicinin bələdiyyəyə olan inamını artırmaqla, həm də vergilərin vaxtında ödənilməsinə şərait yaratmış olur.
Belediyye.info
Rəylər
0 Rəy