Yeni seçilən sədr: “Seçici hər zaman bələdiyyənin ona göstərdiyi qayğını hiss etməlidir”
Sədr bildirib ki, bələdiyyə
iclasının qərarına əsasən bələdiyyənin inzibati binasında sədrin, sədr
müavininin və komissiya sədrlərinin konkret qəbul günləri müəyyən edilib.
Sakinlər hər gün növbəlilik əsasında qəbula
gəlib, öz problemlərinin həlli ilə bağlı bələdiyyənin məsul vəzifəli şəxslərinə
müraciət edə bilərlər. Bununla yanaşı vətəndaşlarla hər bir görüşdə onların da
üzərinə düşən vəzifələrdən və məsuliyyət yükündən söhbət açılır. Ən əsası yerli vergilərin vaxtında ödənilməsi, əmlaklarının
dövlət qeydiyyatına alınması və sair məqamlar da secicilərə izah verilir.
Sədr qeyd edib ki, “seçici hər zaman bələdiyyənin ona göstərdiyi
qaydğını hiss etməlidir”
Mingəçevir Bələdiyyəsinin rəhbər heyətinin qəbul günlərini diqqətinizə çatdırırıq.
Rəylər
0 Rəy