Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-04-2025 , 17:42

592

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

Bələdiyyə sədri növbəti görüşü keçirib

Bu gün Masallı rayonu Boradigah bələdiyyəsi Babaser kəndində sakinlərlə səyyar görüş həyata keçirildi. Görüşün məqsədi kənd sakinlərini narahat edən məsələlərin dinlənilməsi, onların təklif və tövsiyələrinin öyrənilməsi, eləcə də birgə həll yollarının müzakirəsi idi.
Görüş zamanı bir sıra aktual məsələlər – örüş torpaqlarından istifadə, icarə münasibətləri, kənd təsərrüfatı torpaqlarına tətbiq edilən vergilər, kənddə ekoloji mühitin qorunması, eləcə də Babaser kəndində xeyriyyə cəmiyyətinin yaradılması ilə bağlı vətəndaşların təklifləri dinlənildi və müvafiq qeydlər götürüldü.
Boradigah bələdiyyəsi olaraq sakinlərlə açıq və şəffaf ünsiyyətin təmin edilməsi, onların qayğı və ehtiyaclarının diqqətdə saxlanılması prioritetlərimizdəndir. Qaldırılan məsələlərin operativ şəkildə aidiyyəti üzrə yönləndirilməsi və həllinə dəstək göstərilməsi istiqamətində zəruri addımlar atılacaqdır.
Görüşdə iştirak edən bütün sakinlərə təşəkkür edir, birgə fəaliyyətimizin davamlı olacağına inanırıq.
Boradigah bələdiyyəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər