Nicat Səmədzadə Siyəzən bələdiyyəsinin sədri seçilib
Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən fevral ayında Siyəzən bələdiyyəsinə üzv seçilmiş şəxslərin iştirakı ilə bələdiyyənin ilk iclası keçirilib. 15 bələdiyyə üzvünün iştirakı ilə ikeçirilən iclasda bələdiyyənin sədri, sədr müavini və katibi seçilib. İclası bələdiyyənin ən yaşlı üzvü Şahin Mirzəyev aparıb.
Üzvlərdən Araz Quliyev, Turab Əsgərov və Vasif
Kəbirov N.E.Səmədzadənin namizədliyini dəstəkləyərək onun cəmiyyətdə tutduğu mövqe, iş fəaliyyəti haqqında xoş fikirlər səsləndiriblər. Ağsaqqalın təklifi ilə nazmizədliyi irəli sürülən Nicat Səmədzadə müzakirədən sonra səsvermə əsasında yekdilliklə Siyəzən bələdiyyəsinin sədri seçilib.
Nərmin Nəbiyeva bələdiyyənin sədr müavini, Şəlalə Əliyeva isə bələdiyyənin katibi seçiliblər.
Sədr, sədr müavinləri və katib onlara göstərilən etimada görə bələdiyyə üzvlərinə təşəkkürlərini bildirməklə yanaşı, bu etimadı doğrulıtmaq üçün bütün qüvvələri ilə çalışacaqlarını bildiriblər.
Belediyye.info
Rəylər
0 Rəy