Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-04-2025 , 18:50

321

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

Bələdiyyə sədri şəhid ailələri ilə görüşdü

Aprelin 7-sində Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov bir qrup şəhid ailəsi ilə görüş keçirdi. Bələdiyyənin intibati binasında çay süfrəsi ətrafında baş tutan görüşdə, bələdiyyə sədri bələdiyyənin görəcəyi işlərdən, nəzərdə tutulmuş lahiyələrdən danışdı və bildirdi ki, qarşımıza qoyduğumuz ən əsas istiqamət şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə diqqət və qayğının göstərilməsidir.

Şəhid ailələrindən Nəhayət Həsənova, İranə Həsənova, Xanımnaz İmanova və digərləri çıxış edərək bələdiyyənin yeni seçilmiş üzrlərini, o cümlədən bələdiyyə sədrini təbrik etdilər. Gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Eyni zamanda şəhid ailələrinin rastlaşdıqları problemlərdən söz açdılar. Problemlərin həlli yolları barədə təkliflərini bildirdilər.

Bələdiyyə sədri Anar İsmayılov şəhid ailələrini əmin etdi ki, bələdiyyə var gücü ilə işləyərək qarşıya çıxan problem və çətinlikləri aradan qaldırmağa çalışacaq.

Mingəçevir bələdiyyəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər