Toğrul Kərimov: “ İspik Bələdiyyəsinin təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan iməcilik keçirilib”
“Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bizdə kənd
bələdiyyəsi olaraq fəaliyyətimizi bu istiqamətdə quraraq öz töhfəmizi veririk” -
bu fikri Belediyye.infoya Quba rayonu İspik
Bələdiyyəsinin sədri Toğrul Kərimov bildirib.
Sədr bildirib ki, bələdiyyənin təşəbbüsü ilə “Yaşıl
dünya naminə həmrəylik ilinə” həsr
olunan iməcilik keçirilib.
İməcilikdə kənd sakinləri, bələdiyyə üzv və qulluqçuları və könüllülər
iştirak ediblər. Ərazidəki yaşıllıq zolaqları və kəndarası məhəllələr zibil tullantılarından təmizlənmiş, ərazilərdə
səliqə- səhman yaradılmış, habelə sakinlər
arasında maarifləndirici söhbətlər aparılmışdır.
Bələdiyyə olaraq bizdə "Yaşıl dünya naminə həmrəylik
ili"ndə həmrəyliyimizi göstərəcəyik.
Belediyye.info