Tüntül bələdiyyəsi aztəminatlı ailələrə bayram sovqatı göndərib
Müsəlman dünyasının əziz bayramlarından biri olan müqəddəs Ramazan bayramı münasibətilə Tüntül bələdiyyəsi Ramazan byaramı ilə əlaqədar bələdiyyə iclasının qərarıyla on nəfər aztəminatlı ailəyə bayram sovqatı təqdim edilmiş, iki şəhid ailəsinə isə maddi yardım göstəilmşdir. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub. Kənd sakinləri onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Tüntül bələdiyyəsi hər daim şəhid və aztəminatlı ailələri diqqət mərkəzində saxlayır.
Belediyye.info
Rəylər
0 Rəy